Nurlan Bağırovun bütün qəbələlilərə müraciəti   2 comments


Nurlan- photo for Yeni Qebele Dəyərli oxucular! Bu səhifə mənim şəxsi bloq-um olmaqla yanaşı gənclərimizin  sağlam təfəkkürünün inkişafı və milli ideologiyamıza sahib çıxacaq bir vətənpərvər şəxsiyyətlər kimi formalaşmağımıza dəstək göstərmək məqsədi daşıyır. Burada dövrümüzün sosial-mənəvi səciyyəsinə dair, ictimai-siyasi problemlər və publisistik mövzularda yazılarımla, eləcə də Qəbələyə aid olan dolğun məlumatlarla tanış ola bilərsiniz.   Səhifə ona görə “Yeni Qəbələ” adlanır ki, Qəbələnin yeni əsrdə necə olacağını müəyyən edəcək mütərəqqi gənclərimizin informasiya mübadiləsi məkanıdır. Bu virtual məkanda Qəbələ torpağına və əhalisinə – soy kökünə  bağlı olan bütün qəbələlilərin ünsiyyət imkanlarını genişləndirmək üçün şərait yaradılıb. Odur ki, bir qəbələli kimi Qəbələ torpağının yetişdirmələri olan hər bir müstəqil düşüncəli və ən əsası da Vətənimizi qəlbən və ruhən sevən ağıllı gənclərimizə əməkdaşlıq təklif edirəm. Sizlərdən bloq-da çap olunan yazılara aktiv münasibət göstərməyinizi, yeni təklif və ideyalarınızı gözləyirəm. Unutmayaq! Bu məkanda öz mənafeyini dövlət və xalq mənafeyindən üstün tutan şəxslərə yer ayrılmır. Çünki bizim hədəfimiz – dəyərli şəxsiyyətlərin formalaşmasına və onların xalqımıza şərəfli xidmət göstərmələrinə nail olmaqdır!  Dövlətin mənbəyi – xalq, xalqın nümayəndələri isə – bizik, yəni dövlət elə bizik. Özümüzü tanımaq, inkişaf etdirmək, mənəvi dünyamızı zənginləşdirmək və bir-birimizə kömək etməklə möhkəm cəmiyyət qura bilərik ki, bu da möhkəm dövlət deməkdir!  Allah ədalətli və gözəl insanları sevir, başqalarına dəstək göstərib onları irəli aparanların, hamının xoşbəxt və firavan yaşaması üçün çalışanların əməl dəftərlərinə savab yazır və bizə düzgün yol göstərir. Odur ki, başqalarından heç nə gözləməyib öz inkişafımız üçün çalışaq, gələcək nəsillərimizə layiq olduqları gələcəyi təmin edək! Allah yolumuzu açıq etsin!  Hörmətlə, Nurlan  Bağırov  Aslan oğlu  Qəbələ rayonu  Vəndam   qəsəbəsi.  Əlaqə: E-mail: nurlanbagirov2002@yahoo.com Tel: 0513266632, www.yeniqebele.wordpress.com 

[/embed]        Bu saytlara daxil olub Qəbələ haqqında zəruri məlumatları əldə edə bilərsiniz http://en.wikipedia.org/wiki/Gabala http://www.qebele-ih.gov.az/ www.qebele-mks.com  http://www.facebook.com/media/set/?set=a.127493433975762.26867.105483309510108  http://qht2001.wordpress.com/ http://www.qafqazresorthotel.com  http://www.gilanholding.az/findiq_zavod.html  http://www.gilanholding.az/qabala_futbol.html  http://oguz.com.az/qebele.html  http://legend.az/12880-qebele-menzereleri.html  http://www.gilanholding.az/qabala_otel.html  http://qebelewelcomesyou.wordpress.com  http://www.populyar.net/sayt-yenilikleri-elanlar/yeddi-gozel-istirahet-merkezi-qebele-t1263.html  http://www.duyma-hotel.com  http://az-az.facebook.com/Semerana?v=info http://jale.az  http://www.karvanhotel.az/ 

Bu slaydşou üçün JavaScript lazımdır.

Advertisements